Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Fərdi
  • 06 noyabr, 2022
  • 15:03
Dünya yığması Bakıdakı yarışda bürünc medal qazanıb

Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokunda üçüncülük görüşü baş tutub.

"Report"un məlumatına görə, bürünc medal uğrunda matçda Türkiyə və Dünya yığması qarşılaşıb.

Görüş Dünya yığmasının qələbəsi ilə başa çatıb.

Ümumi hesab 5:5 olsa da, Dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə Dünya Kuboku

Üçüncü yer uğrunda görüş

Türkiyə - Dünya yığması - 5:5
55 kq

Muhammed Emin Çakır - Nuqzari Tsurtsumia - 7:10

60 kq
Mükremin Aktaş - Aidos Sultanqali - 1:7

63 kq
Ahmet Uyar - Leri Abduladze - 1:3

67 kq
Murat Fırat - Coni Xetsuriani - 1:1 (sonuncu xal prinsipi ilə türk güləşçi qalib gəlib)

72 kq
Selçuq Can - Andrii Kulik - 3:4 (Ukrayna təmsilçisi tuşe ilə qələbə qazanıb)

77 kq
Yunus Emre Başar - Zoltan Levay - 7:6

82 kq
Burhan Akbudak - Jalqasbay Berdimuratov - 8:5

87 kq
Ali Cengiz - Aleks Kessidis - 4:2

97 kq
Metehan Başar - Nikoloz Kaxelaşvili - 1:1 (Sonuncu xal prinsipi ilə gürcü idmançı qalib gəlib)

130 kq
Fatih Bozkurt - Mantas Knistaustas - 4:1