Dünya Kuboku: Nicat Abasov ilk partiyada heç-heçə oynayıb
Fərdi
- 09 avqust, 2023
- 15:30
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunun 1/16 final mərhələsində ilk oyununu keçirib.
"Report"un məlumatına görə, o, FİDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşıb.
Tərəflər debütdə vəzir qambiti seçiblər. Abasov növbəti gedişlərdə az rast gəlinən varianta üstünlük verib. O, Svidlerin oynadığı ağ fiqurların təşəbbüsü ələ almaq cəhdlərini asanlıqla neytrallaşdırıb.
Yekunda partiya 37-ci gedişdə şahmatçıların heç-heçəyə razılaşması ilə başa çatıb.
Qeyd edək ki, cavab görüşü avqustun 10-da keçiriləcək.
Son xəbərlər
10:10
Azərbaycanın bank sektorunun aktivləri 12 %-dən çox artıb
Maliyyə10:06
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb
Biznes10:06
Dövlət Miqrasiya Xidməti qulluğa qəbul üzrə müsabiqə elan edib
Daxili siyasət10:04
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir
Biznes10:03
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
Region10:03
Azərbaycana turist axını 8%-ə yaxın azalıb
Turizm10:01
Foto
Müşfiqabadda ağacəkmə aksiyası keçirilib
Ekologiya09:59
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümündə şübhəli bilinən şəxslər müəyyən edilib
Region09:49