Dünya çempionu kosmosa uçacaq
Fərdi
- 19 dekabr, 2020
- 11:30
Boks üzrə ağır çəkidə hazırkı dünya çempionu Tayson Fyuri kosmosa uçmağı planlaşdırır.
"Report"un məlumatına görə, britaniyalı idmançı bu barədə "The Sun" nəşrinə açıqlamasında deyib.
32 yaşlı boksçu bildirib ki, bu, onun çoxdankı arzusudur: "Həmişə aya baxıb, nə vaxtsa ora uçmaq istədiyimi düşünmüşəm. Bu il bir şirkətdən kosmik səyahətə yazılma fürsəti yarandı. Hesab edirəm ki, 2021-ci ilin ortalarında uçacağıq. Siyahıda birincilərdən olacağam. Ümid edirəm ki, alınacaq. Çünki gözləyə bilmirəm".
Qeyd edək ki, indiyədək peşəkar rinqdə 31 döyüş keçirən Tayson Fyuri cəmi bir dəfə heç-heçə edib. O, digər bütün görüşləri qələbə ilə başa vurub.
Son xəbərlər
23:48
Xorvatiyada qatarların toqquşması nəticəsində 24 nəfər xəsarət alıb
Digər ölkələr23:26
Rusiyanın Xarkova hücumu nəticəsində iki nəfər həlak olub
Region23:07
CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib
Digər ölkələr22:50
Hakan Fidan: Türkiyənin Kiyev və Moskva ilə münasibətlərinin tərəfləri qıcıqlandıracağını düşünmürəm
Region22:38
Çimərlik voleybolu üzrə klublararası ölkə çempionatı başa çatıb
Komanda22:23
Foto
Azərbaycan cüdoçusu Nilgün Rzayeva Avropa Kubokunda bürünc medal qazanıb
Fərdi22:08
Rəsmi Ankara: İran Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın yaratdığı ittifaqın hədəfi deyil
Region21:53
Fidan Qafqaz ölkələri ilə də Məkkə sazişinə oxşar anlaşmanın imzalanması ehtimalını istisna etməyib
Region21:40