Dünya çempionatında çıxış edəcək Azərbaycan cüdoçuları bilinib
Fərdi
- 09 avqust, 2022
- 07:48
10-13 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində gənclər arasında dünya çempionatı keçiriləcək.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 65 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarışda Azərbaycanı 8 idmançı təmsil edəcək.
Azərbaycan idmançıları 6 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq. 10 avqustda Turan Bayramov (60 kq), 11 avqustda Vüsal Qələndərzadə, Qadir Hüseynov (hər ikisi 73 kq), 12 avqustda Elcan Hacıyev, Məhərrəm İmamverdiyev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), 13 avqustda isə Ruslan Nəsirli (100 kq) və Kənan Nəsibov (+100 kq) tatamiyə çıxacaq.
Azərbaycan cüdoçuları baş məşqçi Elxan Məmmədov və məşqçi Elxan Rəcəblinin rəhbərliyi altında çıxış edəcək.
Son xəbərlər
13:15
Paşinyan: Ermənistan Aİİ-də Rusiya ilə eksklüziv münasibətlərlə razı deyil
Region13:10
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
Fərdi13:03
Polşa Ukraynaya "Patriot" raketlərinin yeni partiyasını verə bilər
Digər ölkələr13:02
Səhiyyə Nazirliyi sığortaçı seçib
Maliyyə12:54
Fabyen Bartez Fransa millisinin qapıçılar üzrə məşqçisi təyin olunub
Futbol12:48
ABŞ-nin üzgüçülük millisi dünya rekordunu yeniləyib
Fərdi12:35
Paşinyan: Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər
Region12:35
Sabah rayonlara yağış yağacaq
Ekologiya12:33