Dünya çempionatı: Azərbaycanın şahmat millisi final matçına çıxacaq
Fərdi
- 23 noyabr, 2025
- 09:29
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında bu gün final görüşünə çıxacaq.
"Report"un məlumatına görə, yarımfinalın taybrekində Qazaxıstanı 3:1 hesabı ilə məğlub edən milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gələcək.
İki görüşdə qalib bəlli olmasa, komandalar taybreykdə münasibətlərə aydınlıq gətirəcəklər.
Qeyd edək ki, millinin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alıb. Komandanın kapitanı İlahə Qədimovadır.
Son xəbərlər
21:47
Motsartın yaşadığı evin bağından 210 heykəlcik oğurlanıb
Digər ölkələr21:33
İndoneziya sahillərində yenidən güclü zəlzələ baş verib
Digər ölkələr21:25
Foto
"Gəmiqaya" Tarix-Bədii Qoruğu ərazisinə baxış keçirilib
Mədəniyyət siyasəti21:06
Azərbaycan XİN İndoneziyaya başsağlığı verib
Xarici siyasət20:52
ABŞ-da universitetdə atışma olub, beş nəfər yaralanıb
Digər ölkələr20:34
Foto
Premyer Liqa: "Araz-Naxçıvan" - "İmişli" oyununda qalib müəyyənləşməyib
Futbol20:27
Almaniya kansleri və hökumətindən narazılıq rekord həddə çatıb
Digər ölkələr20:13
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 294-ə çatıb - YENİLƏNİB
Digər ölkələr19:45