Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib
Fərdi
- 14 sentyabr, 2022
- 14:57
Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında yarımfinal görüşünə çıxıb.
"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda yaponiyalı Tsuqumi Sakurai ilə üz-üzə gəlib.
Rəqibinə 0:10 hesabı ilə uduzan Əliyeva həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib. O, bürünc medal uğrunda görüşə çıxacaq.
Bu gün həmçinin 65 kq-dakı Elis Manolova bürünc medal uğrunda Kumba Larrokla (Fransa) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.
Son xəbərlər
11:34
Türkiyəli rəsmi: "Sağlamlığın qorunması risklər böhrana çevrilməzdən əvvəl başlamalıdır"
ASK11:32
Vüqar Bayramov: "Ötən il büdcədə fiskal diversifikasiya meyilləri güclənib"
Maliyyə11:32
Naxçıvanda idarəçilik modelinin təkmilləşdirilməsi haqda dəyişiklik qəbul edilib
Milli Məclis11:31
MM Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinin genişləndirilməsini son oxunuşda qəbul edib
Milli Məclis11:27
Azərbaycanda bu günə qədər 30 min nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilib
Ekologiya11:27
DYP-nin nümayəndəsi: Avtomobillərin utilizasiyası ətraf mühitə mühüm töhfə verir
Ekologiya11:23
İlham Əliyevin IsDB toplantısında səsləndirdiyi rəqəmlər Azərbaycanın iqtisadi uğurlarını əks etdirir - RƏY
Daxili siyasət11:20
Foto
Vüsal Hüseynov və Mohammed Abdiker miqrasiya sahəsində əməkdaşlığı müzakirə edib
Xarici siyasət11:09