Dünya çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır
Fərdi
- 20 oktyabr, 2022
- 04:57
Bu gün Azərbaycanın daha üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova 1/8 final mərhələsində Zeynep Yetgillə (Türkiyə) üz-üzə gələcək.
62 kq-da yarışan Birgül Soltanova təsnifatda Astirid Xirinosla (Venesuela), 65 kq-dakı Nigar Mirzəzadə eyni raundda Nerea Blanko (İspaniya) ilə görüşəcək.
Bu gün həmçinin 50 kq çəki dərəcəsində Şəhanə Nəzərova təsəlliverici qarşılaşmada Sarra Hamdi (Tunis) ilə güləşəcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.
Son xəbərlər
19:58
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub edib
Futbol19:56
Kuşner: Tramp təkcə müharibəyə son qoymaq deyil, həm də Ukraynaya davamlı sülh üçün şərait yaratmaq istəyir
Digər ölkələr19:50
Foto
Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar
Fərdi19:31
Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ
Ekologiya19:15
Video
Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb
Hərbi19:10
"Formula 1": İtaliya Qran-prisinin qalibi bəlli olub
Formula 119:03
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Futbol18:48
Kris Rayt: Hörmüz boğazından gündəlik 9 milyon barel neft daşınır
Digər ölkələr18:28