Dünya çempionatı: Azərbaycanın gimnastika komandası finala vəsiqə qazanıb
Fərdi
- 29 oktyabr, 2021
- 11:12
Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv ilk olaraq 5 topla kompozisiyanı yerinə yetirib. Onlar bu alətlə hərəkətlərdə 39,600 xala layiq görülüb.
Daha sonra komanda 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 38,000 xal toplayıb. Komanda iki çıxışın cəminə görə 77,600 xalla 6-cı pillədə qərarlaşıb.
Komanda 5 topla çıxışda 6-cı, 3 top və 2 gürzlə 8-ci yeri tutaraq hər iki hərəkətlərdə finala yüksəlib.
Qeyd edək ki, final çıxışları oktyabrın 31-də olacaq.
Son xəbərlər
01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
Digər ölkələr00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
Digər ölkələr23:07
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Digər ölkələr22:50
Amazoniyada demensiyaya dözümlü insanlar aşkar edilib
Maraqlı22:34