Çingiz Hüseynzadə İHİF-in Koordinasiya Komissiyasının iclasında iştirak edir

Fərdi
  • 29 aprel, 2019
  • 13:30
Çingiz Hüseynzadə İHİF-in Koordinasiya Komissiyasının iclasında iştirak edir

Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Koordinasiya Komissiyasının iclası işə başlayıb.

"Report"un məlumatına görə, tədbirə qurumun və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə qatılıb.

İHİF-in prezidenti Şəhzadə Abdulaziz bin Turki Al-Faysal, vitse-prezidentlər - Hamad Kalkaba Malbum, Ahmed Sayed Fuli, Nihat Usta və qurumun digər üzvləri iştirakçılar arasındadır. 

İclas çəçivəsində 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı seçilmiş Konya şəhərinin hazırlıq prosesi müzakirə olunacaq.

Qeyd edək ki, 2021-ci il İslam Həmrəyliyi Oyunlarının təşkilatçısı İHİF-in Baş Assambleyasında müəyyən olunub.