“CinemaPlus”da Konor Makqreqor ilə Həbib Nurməhəmmədovun döyüşü nümayiş olunacaq - VİDEO

Fərdi
  • 28 sentyabr, 2018
  • 09:16
“CinemaPlus”da Konor Makqreqor ilə Həbib Nurməhəmmədovun döyüşü nümayiş olunacaq - VİDEO

Bakı. 28 sentyabr. REPORT.AZ/ Oktyabrın 7-i saat 07:00-da “CinemaPlus” premium kinoteatrlar şəbəkəsində MMA üzrə qaydasız döyüş canlı efirdə nümayiş olunacaq. 

"Report" xəbər verir ki, döyüş UFC çempionları irlandiyalı boksçu Konor Makqreqor və dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında keçiriləcək.

UFC-229 turnirinin keçirilmə yeri Paradiz, Nevada ştatı, Las-Veqasın şəhərətrafı ərazisi “Ti-Mobayl-arena” olacaq.

Xatırladaq ki, Konor Makqreqor yarım yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 21 döyüş keçirib, üçündə məğlub olub.

Həbib Nurməhəmmədov isə UFC-nin yüngül çəki üzrə hazırkı çempionudur. Karyerası boyu 26 peşəkar döyüş keçirib və heç birində məğlub olmayıb.

Biletlərin qiyməti 10 AZN, VIP - 20 AZN təşkil edir. Biletlərin sayı məhduddur. 

“CinemaPlus”da Konor Makqreqor ilə Həbib Nurməhəmmədovun döyüşü nümayiş olunacaq - VİDEO

44 - Tezliklə