Çexiyada 7 qat olimpiya çempionu vəfat edib
Fərdi
- 31 avqust, 2016
- 07:34
Bakı. 31 avqust. REPORT.AZ/ İdman gimnastikası üzrə 7 qat olimpiya çempionu Vera Çaslavska 75 yaşında vəfat edib. "Report"un Çexiya Milli Olimpiya Komitəsinə istinadən verdiyi məlumata görə, qadın idmançı ağır xəstəliklə əlaqədar dünyasını dəyişib.
O, keçmiş Çexoslovakiyanın olimpiadalarda ən titullu iştirakçısı olub. Çaslavska 4 qat dünya və dəfələrlə Avropa çempionluğu da əldə edib. Mərhum gimnast olimpiya çempionluqlarını 1964 və 1968-ci illərdə qazanıb.
Karyerasını başa vurduqdan sonra Çaslavska 1990 - 1996-cı illərdə Çexiya Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsində çalışıb. O, 1995 - 2001-ci illərdə Beynəlxalq Olimpiya Komitəsinin üzvü olub.
Son xəbərlər
23:00
Premyer Liqa: İlk turda "Zirə" "Şəfa"nı məğlub edib
Futbol22:49
Tbilisi dolama yolunun Azərbaycan istiqamətində hissəsi üzrə tenderin müddəti uzadılıb
Region22:35
Media: İran ABŞ əsgərlərini izləmək üçün fitnes tətbiqindən istifadə edə bilər
Region22:13
Fransada Vergi Xidmətinə kiberhücumdan sonra Böhran Qrupu toplanır
Digər ölkələr21:52
Türkiyə hərbçiləri Rumıniyada NATO-nun hava və raketdən müdafiə təliminə qatılıb
Region21:27
"Ferrari"nin ilk elektromobilinin qiyməti hərracda rekord qırıb
Maraqlı21:02
Berlində texnoparaddan sonra 50 nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr20:55
Azərbaycan Premyer Liqasında daha bir qarşılaşma baş tutub
Futbol20:31