Cəlilabadda 3 İyun - Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Fərdi
  • 03 iyun, 2024
  • 18:17
Cəlilabadda 3 İyun - Dünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Cəlilabad rayonunda veloyürüş keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində keçirlən veloyürüş Cəlilabad şəhər dairəsindən start götürüb və Heydər Əliyev prospekti boyunca 3.9 km məsafədə davam edib və Heydər Əliyev Seyrəngahında sona çatıb.

Veloyürüşün keçirilməsində əsas məqsəd Dünya Velosiped Gününün qeyd olunması, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Veloyürüşdə 50 velosipedçi iştirak edib. Onlara sertifikatlar təqdim edilib.

44 - Tezliklə