Budapeşt şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib

Fərdi
  • 01 mart, 2017
  • 11:10
Budapeşt şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən rəsmən imtina edib

Bakı. 1 mart. REPORT.AZ/ Macarıstanın paytaxtı Budapeşt 2024-cü il Yay Olimpiya Oyunlarına sifariş ərizəsini rəsmən geri götürüb. 

"Report"un məlumatına görə, bu barədə şəhər rəhbərliyi qərar verib. 

Beləliklə, olimpiada uğrunda mübarizə Fransanın paytaxtı Parislə ABŞ-ın Los-Anceles şəhərləri arasında gedəcək. Seçki sentyabrın 13-də Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçiriləcək Sessiyası çərçivəsində baş tutacaq.