Bu gün 8 fərqli ölkədə müxtəlif adda bayramlar qeyd olunur
- 02 iyul, 2018
- 09:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün bir-birindən fərqli bayramlarla əlamətdardır.
"Report"un məlumatına görə, 1924-cü il iyulun 2-də Fransanın paytaxtı Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AİPS) yaradılıb. 1995-ci ildən 2 iyul - Beynəlxalq İdman Jurnalistləri günü kimi qeyd olunur.
Azərbaycanda isə Polis günü və Peşəkar Futbol Liqasının yaradılmasının 10 illik yubileyidir.
Lakin bayramlar bununla yekunlaşmır.
İyulun 2-si həm də Ümumdünya Ufoloqlar (Naməlum Uçan Obyektlər) günü kimi tarixə düşüb.
Azərbaycandan başqa 7 ölkədə isə ayrı-ayrı bayramlar qeyd olunur:
Braziliya, Bayya ştatı: Ştat günü
İtaliya: İl Palio (Cıdır) günü
Qazaxıstan: Diplomatik Xidmət günü
Kürasao: Bayraq günü
Norveç: Kral günü
Özbəkistan: Dövlət gerbinin qəbul olunduğu gün
Ukrayna: Hərbi Dəniz Qüvvələri günü, Dəniz və Su Donanması günü, Dövlət Vergi Xidməti İşçiləri günü (2005 - 2013)