Braziliyada Olimpiya məşəlini suriyalı qaçqın da daşıyacaq
Fərdi
- 02 may, 2016
- 11:37
Bakı. 2 may. REPORT.AZ/ Braziliyada Olimpiya məşəli estafetinin ilk iştirakçılarından biri suriyalı qaçqın ailəsinin üzvü olacaq. "Report"un məlumatına görə, bu, 12 yaşlı Xanan Xaled Dakkadır.
Qız və onun ailəsi Suriyanın şimal-şərqindəki İdlib şəhərində yaşayıb. Həmin şəhər vətəndaş müharibəsi zamanı ələ keçirilib. Onlar bir müddət İordaniyada qaçqınlar düşərgəsində yaşadıqdan sonra Braziliyaya üz tutaraq San-Pauluda məskunlaşıblar. Hazırda qızın anası hamilədir və Xanan bacı və ya qardaşının doğulacağını gözləyir.
Qeyd edək ki, Olimpiya məşəli estafeti mayın 3-də Braziliyanın paytaxtı Braziliadan start götürəcək.
Son xəbərlər
18:54
Lənkəranda üç yaşlı uşaq binadan yıxılıb
Hadisə18:47
Foto
Bakıda cüdo üzrə dünya çempionatında iştirak edəcək 46 ölkə heyətini açıqlayıb
Fərdi18:41
Foto
Şirvan suvarma kanalının yenidən qurulması üzrə işçi qrupunun növbəti iclası keçirilib
İnfrastruktur18:38
Finlandiya Fransanın nüvə çəkindirmə təşəbbüsünə qoşulub
Digər ölkələr18:34
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Maliyyə18:29
Xətaidə yetkinlik yaşına çatmayan şəxsin ölümü ilə bağlı araşdırma aparılır
Hadisə18:22
Foto
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında 6 sənəd imzalanıb
Energetika18:17
Foto
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Xarici siyasət18:06