"Böyük Dəbilqə": Bu gün Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq
Fərdi
- 15 fevral, 2025
- 05:42
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ikinci günündə Azərbaycanın 11 təmsilçisi tatami üzərinə çıxacaq.
"Report" xəbər verir ki, kişilərdən Rəşid Məmmədəliyev, İbrahim Əliyev, Vüsal Qələndərzadə, Qadir Hüseynov (hamısı 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli, Məhərrəm İmamverdiyev və Süleyman Şükürov (hamısı 81 kq) mübarizəyə qoşulacaq.
Qadınlardan isə Nərgiz Hacıyeva (63 kq), Südabə Ağayeva və Günel Həsənli (hər ikisi 70 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunan turnir fevralın 16-da başa çatacaq. Azərbaycan yarışda 32 idmançı ilə təmsil olunur. Yarışın ilk günündə cüdoçularımızdan Əhməd Yusifov (60 kq) və Elşən Əsədov (66 kq) bürünc medal qazanıblar.
Son xəbərlər
04:17
Hindistanda işıqlandırma dirəyinin aşması nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb
Digər ölkələr
03:45
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
Digər ölkələr
03:16
Luvr muzeyinə qanunsuz daxil olan tələbə saxlanılıb
Digər ölkələr
02:42
Livan ABŞ və İsrail hərbçiləri ilə görüşə nümayəndə heyəti göndərəcək
Digər ölkələr
02:15
Nyu-York metrosunda kişi güllələnərək öldürülüb
Digər ölkələr
01:38
Tramp İranla müharibə başa çatdıqdan sonra benzinin qiymətinin azalacağını vəd edib
Digər ölkələr
01:09
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Digər ölkələr
00:39
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
Digər ölkələr
00:12
"Qarabağ" – "Neftçi" matçında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Hadisə