"Böyük Dəbilqə": Balabəy Ağayev qızıl, Nizami İmranov bürünc medal qazanıb - YENİLƏNİB - 2
- 19 iyun, 2026
- 14:26
Azərbaycan cüdoçuları Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.
"Report"un məlumatına görə, son olaraq Nizami İmranov (66 kq) bürünc medal uğrunda görüşdə yerli idmançı Yolk Kazırbyeklə üz-üzə gəlib.
Rəqibini məğlub edən milli üzvü bürünc mükafata sahib çıxıb.
Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl medal qazanıb.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində qızıl medal qazanıb.
"Report"un məlumatına görə, idmançı finalda yaponiyalı dünya çempionu Ryuju Naqayamanı məğlub edib.
Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda görüşdə İtshak Aşpizə uduzub.
Nizami İmranov (66 kq) bürünc medal qazanmaq üçün yerli cüdoçu Yolk Kazırbyekin müqavimətini qırmağa çalışacaq.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
"Report"un məlumatına görə, idmançı yarımfinalda İsrail təmsilçisi İtshak Aşpizə qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq.
Əhməd Yusifov (60 kq) isə üçüncü yer uğrunda İ.Aşpizlə üz-üzə gələcək. Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə münasibətlərə aydınlıq gətirəcək.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) mükafat qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.