Böyük Dəbilqə: Azərbaycanın son 3 cüdoçusu mübarizəyə başlayır
Fərdi
- 17 oktyabr, 2021
- 05:32
Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayacaq. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verəcək.
Fətiyev ilk görüşündə Şeyx Dabonn Abraham Fauzi (Fil Dişi Sahili) / Tim Qramkov (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Mehdiyevin bu raunddakı rəqibi Rumenici İppet (Konqo) / Aleksis Matyö (Fransa) cütünün qalibi olacaq. Kokauri isə startda Emre Sanalı (Fransa) sınağa çəkəcək.
Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.
Son xəbərlər
08:14
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur08:00
Bakı və Ağdaşın bəzi ərazilərinə elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika07:51
"Axios": ABŞ Hörmüz boğazı ilə bağlı müvəqqəti razılaşma əldə edildiyini açıqlamağa hazırlaşır
Digər ölkələr07:06
WSJ: Trampın helikopterinin uçuşu zamanı təhlükəsizlik standartları pozulub
Digər ölkələr06:38
Heqset ABŞ-nin raket ehtiyatlarının tükəndiyinə dair məlumatları təkzib edib
Digər ölkələr06:10
AP: Kanadanın qərbində baş verən meşə yanğınları təxminən 230 evi məhv edib
Digər ölkələr05:53
Braziliya hakimiyyəti ABŞ-nin səfirin vizasını ləğv etməsini pisləyib
Digər ölkələr05:12
"Reuters": ABŞ Braziliyanın Vaşinqtondakı səfirinin vizasını ləğv edib
Digər ölkələr04:39