"Böyük Dəbilqə": Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır

Fərdi
  • 02 may, 2026
  • 11:00
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev mübarizəyə başlayır

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, bu gün Rəşid Məmmədəliyev (73 kq) tatamiyə çıxacaq.

26 yaşlı idmançı 1/8 finalda Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunur. Ötən gün Murad Muradlı (60 kq), İslam Rəhimov və Nizami İmranov (hər ikisi 66 kq) turniri medalsız başa vurublar. "Böyük Dəbilqə" mayın 3-də başa çatacaq.