Boyanka Kostova Qətər Beynəlxalq Kubokunun qalibi olub

Fərdi
  • 21 dekabr, 2019
  • 09:19
Boyanka Kostova Qətər Beynəlxalq Kubokunun qalibi olub

Azərbaycan ağırlıqqaldıranı Boyanka Kostova VI Qətər Beynəlxalq Kubokunun qalibi olub.

“Report” xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 59 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü toplam 221 kq (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, dekabrın 24-dək davam edəcək yarışa Nailxan Nəbiyev (96 kq) və Əliş Nəzərov (109 kq) da qatılıb.