Bolqarıstanlı mütəxəssis Azərbaycan məşqçilərinə master-klass keçəcək

Fərdi
  • 22 noyabr, 2023
  • 13:51
Bolqarıstanlı mütəxəssis Azərbaycan məşqçilərinə master-klass keçəcək

Bolqarıstanlı mütəxəssis Siyana Gojonova Azərbaycanın gimnastika üzrə məşqçilərinə master-klass keçəcək.

“Report”un Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, noyabrın 24-də Milli Gimnastika Arenasında təşkil olunacaq tədbir saat 12:00-da başlayacaq.

Dünya çempionu aerobika gimnastikası üzrə 3-cü səviyyəyə (11-13 yaşlı gimnastlarla çalışan məşqçilər üçün) aid nəzəri və təcrübi kurslara rəhbərlik edəcək.