Boks üzrə dünya çempionatı koronavirusa görə təxirə salınıb
Fərdi
- 10 noyabr, 2021
- 17:40
Dekabrda Türkiyənin İstanbul şəhərində keçirilməsi planlaşdırılan qadınlar arasında boks üzrə dünya çempionatı 2022-ci ilə təxirə salınıb.
"Report" Beynəlxalq Boks Federasiyasının (AIBA) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar ölkədəki epidemioloji vəziyyətlə əlaqədar qəbul olunub.
AIBA prezidenti Umar Kremlyov bildirib ki, təşkilatçılar üçün yarış iştirakçılarının sağlamlığı birinci yerdə durur: "Biz bilirik ki, bəzi komandalar artıq dünya çempionatına hazırlığa başlayıblar və bu qərardan məyus olacaqlar. Bununla belə, idmançılarımızın, rəsmilərin və digər maraqlı tərəflərin təhlükəsizliyi və rifahı prioritet məsələdir. Ona görə də risk edə bilmərik".
Qeyd edək ki, yarış 6 - 19 dekabrda təşkil olunmalı idi.
Son xəbərlər
03:34
İİKK: ABŞ təyyarədaşıyan gəmisi "Abraham Linkoln" İrandan geri çəkilib
Region03:01
İsrailin Baş Qərargah rəisi İrana qarşı əməliyyatın davam etdirilməsini təsdiqləyib
Digər ölkələr02:34
BƏƏ Müdafiə Nazirliyi: İranın 500-dən çox PUA-sı və 150 raketi məhv edilib
Digər ölkələr02:01
Starmer ABŞ-ın İrana hücumlar üçün Britaniya bazalarından istifadəsinə icazə verib
Digər ölkələr01:33
Ərdoğan: Türkiyə İran ətrafındakı münaqişənin həllini dəstəkləməyə hazırdır
Region01:14
Almaniya, Fransa və Böyük Britaniya İranı hədələyiblər
Digər00:52
Tramp İrana qarşı hərbi əməliyyatın təxminən dörd həftə davam edəcəyinə inanır
Region00:39
KİV: Yaxın Şərqdəki əsas limanlar bağlanıb
Region00:12