BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

Fərdi
  • 16 sentyabr, 2026
  • 18:45
BOK 2030-cu il Qış Olimpiya Oyunlarının keçiriləcəyi məkanları təsdiqləyib

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2030-cu ildə təşkil olunacaq Qış Olimpiya Oyunlarında bir sıra idman növləri üzrə yarışların keçiriləcəyi məkanları təsdiqləyib.

"Report" quruma istinadən xəbər verir ki, hokkey matçları 2028-ci il dünya çempionatını da qəbul edəcək Desin-Şarpye stadionunda və Liondakı Toni Qarnye adına arenada keçiriləcək.

Fiqurlu konkisürmə, şort-trek və körlinq yarışları Liondakı Eurexpo sərgi mərkəzində təşkil olunacaq. Olimpiadanın baş media mərkəzi də orada yerləşəcək.

Dağ-xizək idmanında sürətli eniş, superqiqant, kişilər və qadınlar arasında komanda kombinasiyası yarışları Kurşeveldə keçiriləcək. Slalom və qiqant slalom yarışları isə Val-d'İzerdə baş tutacaq.

BOK, həmçinin Ullen-Pyer-Benit kommunasında tikilməkdə olan yaşayış kompleksini Lion klasteri üçün Olimpiya kəndi kimi təsdiqləyib.

Qeyd edək ki, 2030-cu il Qış Olimpiya Oyunları fevralın 1-dən 17-dək Alp dağlarının Fransa ərazisindəki hissəsində keçiriləcək.