"Birlik" klubunun parakarateçiləri Azərbaycan çempionu olublar
Fərdi
- 19 dekabr, 2025
- 15:27
"Birlik" Karate Klubunun iki parakarateçisi Gənclər və İdman Nazirliyi, Azərbaycan Karate Federasiyasının birgə təşkilatçılığı ilə gənclər və böyüklər arasında keçirilən Azərbaycan çempionatının qalibi olublar.
"Report" xəbər verir ki, K21 kateqoriyasında mübarizə aparan Ercan Aslan bütün rəqiblərini məğlub edərək qızıl medala sahib çıxıb.
Qadınlar arasında U-21 yaş kateqoriyasında isə Gülay Orucova (61 kq) yarışı qalib kimi başa vurub.
Hər iki idmançı Azərbaycan millisinin heyətinə seçilərək, qarşıdan gələn Avropa çempionatında iştirak hüququ əldə ediblər.
Qeyd edək ki, Ercan Aslanla Gülay Orucova Azərbaycan çempionatına məşqçi Sənan Cəfərovun rəhbərliyi altında hazırlaşıblar.
Son xəbərlər
00:42
Tramp: ABŞ tezliklə Hörmüz boğazını öz ərazisi elan edə bilər
Digər ölkələr00:15
ABŞ sanksiyaları Kubaya təzyiq göstərməyin əsası kimi nəzərdən keçirir
Digər ölkələr23:57
Nardaranda ayağı su nasosunda qalan azyaşlını xilas etmək mümkün olmayıb - YENİLƏNİB
Hadisə23:51
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər
Digər ölkələr23:34
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
Region23:29
Qazaxıstan və Avstriya neft tədarükünün sabitliyini müzakirə ediblər
Region23:11
Husilər Moha limanına raketlər, dronlar və qayıqlarla hücum edib
Digər ölkələr22:58
Foto
Güclü yağış Tbilisidə bir sıra problemlər yaradıb
Region22:51