Baş nazir Tokio olimpiadasının ləğvini istisna etmədi
Fərdi
- 09 iyun, 2021
- 12:25
Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi üçün ilkin səbəbi açıqlayıb.
"Report"un məlumatına görə, nazir bunun təhlükəsizliklə bağlı olduğunu bildirib.
Suqa bildirib ki, insanların həyatını qorumaq onun borcudur: "Bunu edə bilmiriksə, Oyunları keçirməyəcəyik. Bu, mənim məsuliyyətimdir. İnsanların həyatını qoruya bilməsəm, deməli, olimpiada gerçəkləşməyəcək. Təbii ki, bu, ilkin şərtdir".
Hazırda Yaponiyada koronavirus səbəbindən çətin epidemioloji vəziyyət davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılıb.
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.
Son xəbərlər
13:09
Seymur Səfərli: Əsas məqsəd ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılmasıdır
ASK13:09
Gömrük statistikası Kənd Təsərrüfatı Nazirliyinə də veriləcək
Biznes13:06
Brovdi: Son 13 gündə Rusiyanın 240 enerji qovşağına zərbələr endirmişik
Digər ölkələr13:04
"Qarabağ"a tanış rəqib "Tvente": Niderlandın şərqindən gələn təhlükə - TANITMA
Futbol13:01
Bir sıra qanunlar "Toxumçuluq haqqında" qanuna uyğunlaşdırılıb
ASK13:00
Foto
Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edilib
İnfrastruktur13:00
Azərbaycandakı sığorta şirkətlərinin nizamnamə kapitalının məbləğinə görə renkinqi (01.07.2026)
Maliyyə12:58
Foto
Növbəti köç karvanı Xankəndi şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB
Daxili siyasət12:55