Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ

Fərdi
  • 28 iyun, 2026
  • 13:13
Bakıda tarixi UFC gecəsi: Fiziyevdən möhtəşəm qələbə - FOTOREPORTAJ

Mütləq Döyüş Çempionatının (UFC) Bakıda ikinci turniri keçirilib.

"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunmuş yarışda bir-birindən maraqlı qarşılaşmalar olub.

Əsas döyüşdə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksikalı Manuel Torreslə üz-üzə gəlib.

Yüngül çəkidəki görüşdə R.Fiziyev rəqibinə qalib gəlib. O, ikinci raundda M.Torresi nokaut edib.

Bakıdakı ilk UFC turniri 2025-ci ildə keçirilib.

Xatırladaq ki, "UFC Fight Night Baku" turnirində Azərbaycan təmsilçilərindən Tahir Abdullayev braziliyalı Cefferson Nasimentonu, Fərman Həsənov ABŞ-dən olan Erik Nolanı məğlub edib. Nazim Sadıxov isə Mateus Kamiloya (Braziliya) uduzub.