Bakıdakı dünya çempionatında yeni qaydalar tətbiq olunacaq
- 25 avqust, 2022
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatında yeni qaydalar tətbiq olunacaq.
"Report" xəbər verir ki, IBSA (Beynəlxalq Görmə Məhdudiyyətli İdmanlar Federasiyası) cüdo qaydalarında kiçik dəyişikliklər edib.
Bu dəyişikliklər Paris-2024 Yay Paralimpiya Oyunları bitənədək qüvvədə qalacaq. Əsas dəyişikliklərdən ikisi bunlardır:
J1 kateqoriyalı (heç görməyənlər) cüdoçuların tatamiyə daxil olması və çıxması qaydası dəyişdirilib. Artıq baş hakim idmançıların əlindən tutmayacaq. İdmançılar hakimin qolundan tutub tatamiyə daxil olacaqlar. Bu qayda artıq Antalya (Türkiyə), Nur-Sultan (Qazaxıstan) və San Pauluda (Braziliya) keçirilmiş son 3 Qran Pridə tətbiq edilib.
Sonomama-Yoşi qaydası isə eşitmə qüsurlu idmançılar üçün IJF (Beynəlxalq Cüdo Federasiyası) qaydasına uyğun dəyişdirilib.
Qeyd edək ki, Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatı 7-9 noyabr tarixlərində keçiriləcək.