Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb

Fərdi
  • 21 sentyabr, 2026
  • 13:32
Bakıda keçiriləcək dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün qeydiyyatdan keçən ölkələrin sayı 95-ə çatıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Siyahıya Beynəlxalq Cüdo Federasiyasının (İJF) Qaçqınlar komandası da daxil edilib. Həmin kollektivlə birlikdə say 96 olub.

İdmançıların sayı isə hələlik 643-dür.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.