Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə qeydiyyatdan keçib

Fərdi
  • 17 sentyabr, 2026
  • 11:47
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə qeydiyyatdan keçib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün artıq 82 ölkə idmançıları qeydiyyatdan keçib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Bu rəqəmin 90-ı keçəcəyi gözlənilir. Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer də Bakıya gələcək.

40-dan çox ölkədən yarış üçün bilet alınıb, 200-dən çox media nümayəndəsi isə akkreditasiyadan keçib.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-11-də Milli Gimnastika Arenasında təşkil olunacaq.

44 - Tezliklə