Bakıda idmanda dopinqə qarşı mübarizə üzrə beynəlxalq iclas yekunlaşıb

Fərdi
  • 02 iyul, 2026
  • 15:40
Bakıda idmanda dopinqə qarşı mübarizə üzrə beynəlxalq iclas yekunlaşıb

Bakıda Konvensiyaya Tərəf Dövlətlərin Konfransının 10-cu Sessiyasının (COP10) Bürosunun II rəsmi iclası keçirilib.

"Report"un məlumatına görə, COP10 Bürosunun sədri, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasa Beynəlxalq Olimpiya Komitəsinin, Ümumdünya Antidopinq Agentliyinin (WADA), həmçinin WADA üzrə Avropa Şurasının "Ad Hoc" Avropa Komitəsinin nümayəndələri, müşahidəçi dövlətlər və Büronun digər vitse-prezidentləri onlayn formatda qoşulublar.

İclasda Konvensiyanın icraçı katibi, UNESCO-nun Elm sektorunun Sosial siyasətlər və inklüzivlik üzrə direktoru Qustavo Merino, Təsdiq Komitəsinin sədri Lyuk McCann, həmçinin COP10 Bürosunun sədri, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov çıxış ediblər.

Qeyd edək ki, dünən Bakıda UNESCO-nun İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyası çərçivəsində İdmanda Dopinqin Aradan Qaldırılması Fondunun Təsdiq Komitəsinin üçüncü rəsmi iclası keçirilib.

44 - Tezliklə