​Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək

Fərdi
  • 23 yanvar, 2016
  • 08:21
​Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakıda idman gimnastikası üzrə Dünya Kuboku keçiriləcək. 

"Report"un məlumatına görə, beynəlxalq yarış fevralın 19-da start götürəcək.

Azərbaycan Milli Gimnastika Arenasında keçiriləcək Dünya Kuboku 3 gün davam edəcək. Yarışda 18 ölkənin idmançıları iştirak edəcək. Çempionatda Azərbaycan 4 qız və 2 oğlan olmaqla, 6 idmançı ilə təmsil olunacaq.