"Azərişığ"ın sədri federasiya prezidenti seçiləcək

Fərdi
  • 22 dekabr, 2021
  • 08:36
Azərişığın sədri federasiya prezidenti seçiləcək
Vüqar Əhmədov

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.

"Report"un əldə etdiyi məlumata görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.

V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyəcək.

Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.

Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2006-cı ildən rəhbərlik edirdi.