Azərbaycanlı güləşçilər Türkiyədə 2 medal qazanıb
Fərdi
- 29 mart, 2015
- 08:06
Bakı. 29 mart. REPORT.AZ/ Azərbaycan sərbəst güləşçiləri Türkiyənin İstanbul şəhərində Yaşar Doğunun xatirəsinə keçirilən sayca 43-cü beynəlxalq turnirin ilk gününü 2 bürünc medalla başa vurub. "Report"un məlumatına görə, həmin medallara Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) sahib olub.
Turnir bu gün 61, 70, 86 və 125 kq çəki dərəcələrində pəhləvanların mübarizəsi ilə davam edəcək. Azərbaycan təmsilçilərindən Cəlal Süleymanov, Ruhlan Məmmədov (hər ikisi 61 kq), Hacımurad Ömərov (70 kq) və Aleksandr Qostiyev (86 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, sərbəst güləşçilər Türkiyəyə məşqçilər Nazim Əlicanov və David Kurtsiyanın rəhbərliyi altında yollanıblar.
Son xəbərlər
23:53
UEFA Avropa Liqası: ÇSKA - "Qarabağ" oyununda əsas vaxt başa çatıb - YENİLƏNİR-3
Futbol23:36
Murad Məmmədov "Pafos"da ilk rəsmi oyununa çıxıb, komandası qələbə qazanıb
Futbol23:32
Reşetnikov: Rusiya Ermənistandan 30 milyard rubldan çox kompensasiya tələb etmək hüququna malikdir
Region23:15
ABŞ İrana görə beş şirkəti "qara siyahı"ya salıb
Digər ölkələr23:08
İran Ermənistanla energetika sahəsində əməkdaşlığı genişləndirir
Region22:54
Video
"Neftçi" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB-4
Futbol22:53
İran Bəhreyndə ABŞ-nin hərbi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Region22:43
"İnter" İngiltərə millisinin müdafiəçisi Con Stounzu transfer edib
Futbol22:37