Azərbaycanlı gimnast: "Gəncədəki Avropa çempionatına yaxşı hazırlaşmışıq"
Fərdi
- 10 noyabr, 2025
- 11:46
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan gimnastları Gəncədə keçirilən Avropa çempionatına yaxşı hazırlaşıblar.
"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Gəncədə gənclər və 15 yaşadək aerobika gimnastları arasında ilk dəfə keçirilən Avropa çempionatının iştirakçısı Təhminə İbrahimova açıqlama verib.
İdmançı yarışla bağlı təəssüratlarını bölüşüb:
"Turnirə yaxşı hazırlaşmışıq. Burada hər şey ideal təşkil olunub. Layiq olduğumuz birinci yeri tutmaq istəyirik".
Digər gimnast Ayan Talıbova yarışa iki ildir hazırlaşdığını deyib.
"Əlimizdən gələni edib, Azərbaycana medal qazandırmaq istəyirik. Qələbə üçün mübarizə aparacağıq".
Qeyd edək ki, Avropa birinciliyində ümumilikdə 20 ölkədən 380 gimnast iştirak edir.
Son xəbərlər
10:24
Paşinyan: Azərbaycanla sülh müqaviləsi dövlətçiliyimizin uzunömürlülüyünün təməlini qoyacaq
Xarici siyasət
10:23
Bu il qəbul imtahanlarında 3 mindən çox abituriyent 600-dən yüksək bal toplayıb
Elm və təhsil
10:23
Ağdam Sənaye Parkında un istehsalı müəssisəsi yaradılacaq
Sənaye
10:17
İki prokurorluq əməkdaşı hakim təyin edilib
Hadisə
10:10
Pakistanda qatarın relsdən çıxması nəticəsində 4 nəfər ölüb, 49 nəfər yaralanıb
Digər ölkələr
10:05
Bakı aeroportu 9 ayda 6 milyona yaxın sərnişinə xidmət göstərib
İnfrastruktur
10:04
TƏBİB: Bu ilin ilk 8 ayında əhaliyə 65 milyondan çox tibbi xidmət göstərilib
Sağlamlıq
10:03
Foto
NATO təliminin iştirakçıları Zəfər Muzeyində olub
Hərbi
10:01
Azərbaycan güləşçisi Elmir Əliyev U-23 dünya çempionatında finala vəsiqə qazanıb
Fərdi