Azərbaycanlı atlet İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib

Fərdi
  • 03 noyabr, 2025
  • 14:30
Azərbaycanlı atlet İstanbul Marafonunda şəxsi rekordunu yeniləyib

Naxçıvan Muxtar Respublikasından olan atlet Əmrah Nağıyev karyerasında 5-ci dəfə Türkiyədə keçirilən İstanbul Marafonunda iştirak edib.

"Report"un yerli bürosu xəbər verir ki, "Dünyanın qitələrarası yeganə marafonu" şüarı ilə təşkil olunan 47-ci İstanbul Marafonunda 126 ölkədən ümumilikdə 41 416 iştirakçı qeydiyyatdan keçib.

Kütləvi idman tədbirində 42 kilometr, 15,5 kilometr, korporativ qaçış, xalq qaçışı və əlil arabası ilə qaçış kateqoriyaları üzrə qaliblər müəyyənləşib.

Nağıyev 15,5 kilometrlik məsafədə 00:55:35 nəticə ilə 15-ci yeri tutub və 2019-cu ildən bəri iştirak etdiyi İstanbul Marafonlarında özünün ən yaxşı nəticəsinə imza atıb. İdmançıya marafonun medalı təqdim olunub.

Qeyd edək ki, müxtəlif məsafələrdə Azərbaycan birinciliklərinin, beynəlxalq turnirlərin qalibi və mükafatçısı olan Əmrah Nağıyev Türkiyənin bir çox regionlarında, o cümlədən Azərbaycan və Gürcüstanda təşkil olunan beynəlxalq marafonların daimi iştirakçısıdır.

Son xəbərlər

Bütün Xəbər Lenti