Azərbaycanın daha bir güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb - YENİLƏNİB

Fərdi
  • 19 noyabr, 2025
  • 13:36
Azərbaycanın daha bir güləşçisi VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Jalə Əliyeva (57 kq) qrupdakı ilk görüşdə Çad Jeljeli (Tunis) məğlub edib - 9:2.

Daha sonra Elvira Süleymanı (Türkiyə) 19:10 hesabı ilə üstələyən idmançı Banqladeşdən olan rəqibinə də qalib gəlib - 8:0. J.Əliyeva yarımfinalda Sezim Jumanazarovanı (Qırğızıstan) 4:2 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev (97 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının finalına çıxıb.

"Report" xəbər verir ki, ilk görüşündə Məhəmməd Qabrı (Misir) 8:0 hesabı ilə məğlub edən pəhləvan yarımfinalda Beytullah Kayısdağdan (Türkiyə) üstün olub - 5:1.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti