Azərbaycanın sərbəst güləşçisi "BRICS Sports Games Kazan 2024"də bürünc medal qazanıb

Fərdi
  • 18 iyun, 2024
  • 12:30
Azərbaycanın sərbəst güləşçisi BRICS Sports Games Kazan 2024də bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Ceyhun Allahverdiyev Tatarıstanın paytaxtı Kazanda keçirilən "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunlarında uğurlu çıxış edib.

Bu barədə "Report"a Azərbaycan Gənclər və İdman Nazirliyindən məlumat verilib.

61 kq. çəki dərəcəsində yarışan 21 yaşlı güləşçi beynəlxalq multi-idman oyunlarında bürünc medal qazanıb.