Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası Avropa çempionatında 1/8 finala çıxıb - YENİLƏNİB

Fərdi
  • 20 may, 2026
  • 17:05
Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası Avropa çempionatında 1/8 finala çıxıb - YENİLƏNİB

Antalyada keçirilən Avropa çempionatında Azərbaycanın kamandan oxatma üzrə qarışıq komandası 1/8 finala yüksəlib.

"Report" Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, klassik yay proqramı üzrə yarışan oxatanlar Moldova yığmasını 5:3 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçiləri sabah sözügedən mərhələdə Türkiyə millisi ilə qarşılaşacaqlar.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində ​Məhəmmədəli Əliyev və Fatimə Hüseynli mübarizə aparırlar.

Azərbaycanın qadınlardan ibarət kamandan oxatma millisi Avropa çempionatında 1/8 finala yüksəlib.

Azərbaycan Kamandan Oxatma Federasiyasından "Report"a verilən məlumata görə, Türkiyənin Antalya şəhərində keçirilən turnirdə Çexiya yığmasını 6:2 hesabı ilə üsətələyən komanda adını növbəti mərhələyə yazdırıb.

Yığma sabah 1/8 finalda İtaliya ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan komandasının heyətində Yaylagül Ramazanova, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova yer alıb.