Azərbaycanın qadın güləşçiləri "Poland Open"də 4 medal qazanıb
Fərdi
- 27 iyul, 2015
- 07:16
Bakı. 27 iyul. REPORT.AZ/ Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilmiş 19-cu beynəlxalq “Poland Open” turnirində 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. "Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində mübarizə aparan milli komandanın kapitanı Mariya Stadnik bütün rəqibləri üzərində təmiz qələbə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
63 kq çəkidəki Nadya Muşka da finala qədər irəliləyib. Lakin o, həlledici qarşılaşmada uduzaraq, gümüş medalla kifayətlənib. 58 kq çəkidə yer alan Yuliya Ratkeviç və 60 kq-dakı İrina Netreba isə bürünc medala sahib olub.
Qeyd edək ki, görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edib.
Son xəbərlər
07:35
UKMTO: Oman sahillərində yük gəmisinə mərmi dəyib
Digər ölkələr07:26
"Telegram" bütün dünyada "App Store"dan silinib
Maraqlı07:18
ATƏT-in sədri Cənubi Qafqazda sülhü dəstəkləyir
Xarici siyasət07:07
Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək
Energetika06:50
ABŞ Rusiya Müdafiə Nazirliyinin bölmələrinə qarşı sanksiyalar tətbiq edib
Digər ölkələr06:43
Bu gün "Terrorsuz Türkiyə" tənzimlənməsinin imzalanması gözlənilir
Region06:17
Efiopiyada torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Digər ölkələr06:07
Kubada leysan səbəbindən elektrik təchizatının bərpası çətinləşib
Digər ölkələr05:39