Azərbaycanın qadın güləşçiləri dünya çempionatı öncəsi Polşada çıxış edəcəklər
Fərdi
- 23 iyul, 2015
- 07:25
Bakı. 23 iyul. REPORT.AZ/ Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada iyulun 24-də başlanacaq beynəlxalq "Poland Open" turnirinə qatılacaqlar. "Report"un məlumatına görə, 19-cu dəfə təşkil olunan turnirdə milli komandanın baş məşqçisi Semyon Çterevin rəhbərliyi altında 6 pəhləvan çıxış edəcək.
Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq), İrina Netreba (60 kq) və Nadya Muşka (69 kq) iki gün davam edəcək yarışda mübarizə aparacaqlar. Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Kamran Əliyev təmsil edəcək.
Qeyd edək ki, "Poland Open" 7 - 12 sentyabrda ABŞ-ın Las Veqas şəhərində keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Son xəbərlər
13:02
Bakıda çalışdıqları marketdən elektrik naqilləri oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
Hadisə13:01
Azərbaycanın 13 cüdoçusu Avropa Kubokunda iştirak edəcək
Fərdi12:53
Bəqai: ABŞ-nin Hörmüzdən təklif etdiyi marşrut İranın təhlükəsizliyinə təhdid yaradırdı
Digər ölkələr12:52
Bağçalara növbəyə yazılma prosesi müvəqqəti dayandırılır
Elm və təhsil12:50
"Nyukasl" Çexiya millisinin qapıçısı Lukaş Horniçekin transferini açıqlayıb
Futbol12:49
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub
Hadisə12:39
Gelencik yaxınlığında PUA qalıqlarının düşməsi nəticəsində 3 nəfər ölüb, 13 nəfər yaralanıb
Region12:36
Azərbaycan XİN Pakistana başsağlığı verib
Xarici siyasət12:24