Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO

Fərdi
  • 18 fevral, 2020
  • 07:04
Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO

Azərbaycanın MMA döyüşçüsü Hidayət Məmmədov "Serbian Battle Championship"də qələbə qazanıb.

"Report"un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı serbiyalı Veljko Stoykoviçlə üz-üzə gəlib.

Məmmədov rəqibinin qolundan tutaraq onu təslim olmağa məcbur edib.

Qeyd edək ki, bu, Hidayət Məmmədovun MMA-da ilk qələbəsidir. 

Azərbaycanın MMA döyüşçüsü serbiyalı rəqibini məğlub etdi - VİDEO