Azərbaycanın iki parabadmintonçusu Avropa çempionatında yarımfinala yüksəlib

Fərdi
  • 03 oktyabr, 2025
  • 17:49
Azərbaycanın iki parabadmintonçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın iki parabadmintonçusu Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yeniyetmə paralimpiyaçı Zəhra Salmanlı kişi və qadın idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SH-6 kateqoriyası) ingiltərəli komanda yoldaşı Kristen Kumbs ilə korta çıxıb.

Onlar qrup mərhələsində öncə türkiyəli rəqiblərinə 2:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə isə şotlandiyalı və polşalı duetə məğlub olublar - 1:2.

1/4 finalda fransalı rəqiblərini 2:1 məğlub edən Z.Salmanlı və K.Kumbs Avropa çempionatının yarımfinalına vəsiqə qazanıblar. Beləliklə, onlar özləri üçün ən azı bürünc medalı təmin ediblər.

20 yaşlı parabadmintonçu İbrahim Əliyev də eyni uğuru təkrarlayıb. O, kişi idmançıların birgə mübarizə apardığı qoşa yarışda (SU-5 kateqoriyası) polşalı komanda yoldaşı Bartolomey Mroz ilə korta çıxıb.

Onlar qrup mərhələsində ingiltərəli rəqiblərinə 2:0 hesabı ilə qalib gəlib, fransalı duetə eyni hesabla məğlub olublar.

1/4 finalda qrupdakı fransalı rəqiblərindən məğlubiyyətin əvəzini çıxaraq 2:1 qalib gələn İ.Əliyev və B.Mroz yarımfinala vəsiqə qazanıb. Beləliklə, onlar da özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Qeyd edək ki, Avropa çempionatında yarımfinal görüşləri sabah baş tutacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti