Azərbaycanın iki güləşçisi İranda medal qazanıb
Fərdi
- 16 may, 2025
- 12:02
Azərbaycanın 20 yaşadək iki güləşçisi İranın Behşehr şəhərində keçirilən “Necad Haşimi kuboku” turnirində medal qazanıb.
Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
İlk yarış günündə sərbəst güləş üzrə 57, 65, 74, 86 və 97 kq-da qaliblər müəyyənləşib.
7 ölkə idmançılarının mübarizə apardığı ənənəvi turnirin ilk günündə Azərbaycanın U-20 millisinin 2 üzvü fəxri kürsüyə qalxıb. Omar Gülməmmədov (74 kq) gümüş, Sədrəddin Həsənov (57 kq) isə bürünc medala sahib çıxıb.
Vasif Bağırov, Hüseyn Hüseynov (hər ikisi 57 kq) və Məhəmməd Abbaszadə (86 kq) beşinci yerlə kifayətlənib.
Qeyd edək ki, bu gün 61, 70, 79, 92 və 125 kq-da medalçılar məlum olacaq.
Son xəbərlər
16:59
İspaniya Seutada miqrant uşaqlara kömək üçün 25 milyon avro ayıracaq
Digər ölkələr16:54
Gürcüstan və ADB arasında 250 milyon dollarlıq saziş imzalanıb
Region16:54
Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?
Turizm16:48
Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı yeni əməliyyatlarını təsdiqləyib
Digər ölkələr16:45
Bessent: Yaxın günlərdə ABŞ və İran Hörmüz boğazının açılması barədə razılığa gələ bilər
Digər ölkələr16:42
ABB-nin istiqrazlarına 600-ə yaxın investor maraq göstərib
Maliyyə16:38
"Kəpəz" Moldova millisinin futbolçusu Viktor Stinanı transfer edib
Futbol16:35
Foto
Türkiyəli jurnalistlər Ağdamda minatəmizləmə əməliyyatları ilə tanış olub
Daxili siyasət16:29