Azərbaycanın güləş milliləri İslamiadanın son hazırlıq məhələsindədir

Fərdi
  • 11 noyabr, 2025
  • 14:35
Azərbaycanın güləş milliləri İslamiadanın son hazırlıq məhələsindədir

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil edilən İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı təmsil edəcək güləşçilər intensiv məşqləri davam etdirir.

"Report" xəbər verir ki, qadınlardan ibarət milli U-23 dünya çempionatı başa çatdıqdan sonra ilin son yarışına Göygöl Olimpiya İdman Kompleksində hazırlaşır.

Digər yığmalarımız isə Azərbaycan Güləş Federasiyasının təlim-məşq toplanışında son hazırlıqları keçir.

Təlim-məşq toplanışında ölkə xaricindən gəlmiş komandalar da iştirak edir. Yunan-Roma güləşçilərimiz Bolqarıstan və Əlcəzairdən olan həmkarlarıyla birgə məşq edir. Bolqarıstan millisinin heyətində son olimpiya çempionu Semyon Novikov (87 kq) da yer alıb.

Sərbəst güləşdə isə daha çox komanda - Azərbaycan, Bəheyn, Qazaxıstan və Əlcəzair İslamiadaya birgə hazırlaşır. Onlar arasında Bəhreyni təmsil edən olimpiya, dünya və 2 qat Asiya çempionu Axmed Tajudinov da var.

Qeyd edək ki, hazırlıq prosesinə noyabrın 14-də yekun vurulacaq. Növbəti gün millilər Ər-Riyada yollanacaq. İslam Oyunlarında güləş yarışları noyabrın 18-dən 21-dək keçiriləcək. İslamiadada I dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti