Azərbaycanın dünya çempionu: Yarışa çox yaxşı hazırlaşmışdım

Fərdi
  • 29 oktyabr, 2025
  • 02:58
Azərbaycanın dünya çempionu: Yarışa çox yaxşı hazırlaşmışdım

Yarışa çox yaxşı hazırlaşmışdım.

Bunu "Report"a açıqlamasında Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanan Azərbaycanın sərbəst güləşçisi Kənan Heybətov (70 kq) deyib.

İdmançı vurğulayb ki, zəhməti hədər getməyib: "Şükür ki, əziyyətim yerdə qalmadı. U23 dünya çempionatını qızıl medalla başa vurdum".

O, gələn il daha böyük uğura imza atacağına inanır: "İnşallah gələn il daha yaxşı hazırlaşıb, böyüklər arasında keçiriləcək Avropa və dünya çempionatında yaxşı nəticəni təkrarlayacağam".

K.Heybətov final qarşılaşması barədə də danışıb: "İran idmançısı ilə ikinci dəfə idi qarşılaşırdım. Onunla daha əvvəl Xorvatiyada keçrilən yarışda qarşılaşmışdım. Bu yarışda da hesabda geridə olsam da, 9:4 hesabı ilə qalib gəldim".

Qeyd edək ki, Kənan Heybətov ilk dəfə U-23 dünya çempionu olub.

Son xəbərlər

Bütün Xəbər Lenti