Azərbaycanın dağ xizəkçisi XXV Qış Olimpiya Oyunlarında tarixi nəticəyə imza atıb - YENİLƏNİB-2
- 18 fevral, 2026
- 18:17
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında çıxışını başa vurub.
"Report" xəbər verir ki, ikinci enişinə 59-cu sırada başlayan 18 yaşlı idmançı 64 iştirakçı arasında 1:07:34 saniyə göstərici ilə finiş xəttinə çatıb.
Bununla da Anastasiya Papatoma hər iki cəhdin yekunlarına əsasən 2:09:15 saniyə nəticə ilə XXV Qış Olimpiya Oyunlarındakı çıxışını 51 yerdə başa vurub. Onun bu çıxışı Azərbaycan üçün Qış Olimpiya Oyunlarının slalom yarışlarında tarixi nəticə hesab olunur.
Qeyd edək ki, ilk enişində 92-ci sırada mübarizəyə başlayan Anastasiya Papatoma 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatmışdı.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma XXV Qış Olimpiya Oyunlarında növbəti mərhələyə adlayıb.
"Report" xəbər verir ki, 92-ci sırada mübarizəyə başlayan 18 yaşlı slalomçu 1:01:81 saniyə göstərici ilə finiş xəttinə çatıb.
O, hazırda bu nəticə ilə 95 iştirakçı arasında 59-cu pillədə qərarlaşıb.
Xatırladaq ki, daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.
XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
Azərbaycan təmsilçisi Anastasiya Papatoma İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında mübarizəyə qoşulub.
"Report" xəbər verir ki, dağ xizəkçisi slalom növündə qüvvəsini sınayıb.
O, 1:01.81 göstərici ilə hazırda 58-ci yerdədir.