Azərbaycanın çimərlik güləşçiləri dünya çempionatında iştirak edəcəklər
Fərdi
- 24 sentyabr, 2025
- 22:48
Azərbaycan təmsilçiləri Yunanıstanın Katerini şəhərində keçiriləcək çimərlik güləşi üzrə U-17 dünya çempionatında iştirak edəcəklər.
"Report" xəbər verir ki, baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında ölkəmiz 10 güləşçi ilə təmsil olunacaq.
Oğlanların mübarizəsində Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev, Ruslan Vəliyev (hər ikisi 70 kq), Elvin Hacıquliyev, Nihad Süleymanlı (hər ikisi 80 kq), Möhlət Qasımov və Elgün Kərimli (hər ikisi 90 kq) çıxış edəcək.
İlk dəfə təmsil olunacağımız qızların yarışında isə Ülviyyə Musayeva (55 kq) və Rəna Nuriyeva (65 kq) uğurlu debüt etməyə çalışacaq.
Qeyd edək ki, sabah start götürəcək dünya çempionatında I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.
Son xəbərlər
15:11
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bilinir
Hadisə15:11
Azərbaycan mis məftil istehsalını 10 dəfədən çox artırıb
Sənaye15:05
23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cənubi Qafqazda yeni reallıqlar - ŞƏRH
Analitika15:00
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb
Hadisə14:56
Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb
Hadisə14:39
Qazaxıstanda ictimai binalarda qraffiti çəkmək qadağan ediləcək
Region14:37
"İnter Mayami" David Alaba ilə maraqlanır
Futbol14:21
Azərbaycan asfalt istehsalını 95 %-ə yaxın artırıb
Sənaye14:09