Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb

Fərdi
  • 25 dekabr, 2018
  • 08:48
Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Azərbaycanın daha üç idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) "Report"a verilən məlumata görə, velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırlıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev 48 ay müddətinə diskvalifikasiya olunub.

Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.