Azərbaycanın 2 sərbəst güləşçisi Avropa çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB

Fərdi
  • 04 may, 2018
  • 16:04
Azərbaycanın 2 sərbəst güləşçisi Avropa çempionatında finala vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 4 may. REPORT.AZ/ Azərbaycanın 2 sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb. 

"Report"un məlumatına görə, bunlar Georgi Edişeraşvili və Hacı Əliyevdir. 

57 kq çəki dərəcəsində mübarizə aparan Edişeraşvili finala gedən yolda belaruslu Vladislav Andreyeunu məğlub edib. Əliyev isə sloveniyalı David Habatı üstələyib. Hər iki güləşçi finalda Rusiya təmsilçiləri ilə üz-üzə gələcək. Hacı Əliyev İlyas Bekbulatovla, Georgi Edişeraşvili isə Zavur Uguievlə qarşılaşacaq.

Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97) isə yarımfinal mərhələsində məğlub olaraq bürünc medal uğrunda görüşə çıxmağa haqq qazanıb. 

Final görüşləri sabah keçiriləcək.


*** 15:33

Azərbaycanın 5 sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, bunlar Georgi Edişeraşvili, Hacı Əliyev, Murtuz Müslümov, Cəbrayıl Həsənov və Nurmaqomed Hacıyevdir. 

Edişeraşvili, Həsənov və Hacıyev 1/4 finalda ermənistanlı rəqiblərini məğlub ediblər. Hacı Əliyev türkiyəli, Murtuz Müslümov isə bolqarıstanlı rəqibindən üstün olub. 

57 kq

1/2 final. Vladislav Andreyeu (Belarus) - Georgi Edişeraşvili

1/4 final. Georgi Edişeraşvili - Miqran Jaburyan (Armənistan) 10:0

1/8 final. Georgi Edişeraşvili - Mikyay Salim Naim (Bolqarıstan) - 10:0

65 kq

1/4 final. Hacı Əliyev - David Habat (Sloveniya) 

1/4 final. Selahattin Kılıçsallayan (Türkiyə) - Hacı Əliyev - 2:9

1/8 final. Hacı Əliyev - Qabriel Yanatş (Avstriya) - 10:0

70 kq

1/2 final - Murtuz Müslümov - Maqomedmurad Qadjiyev (Polşa)

1/4 final. Miroslav Kirov (Bolqarıstan) - Murtuz Müslümov - 2:7

1/8 final. Murtazali Muslimov - Aleksandr Semisorov (Almaniya) - 9:8

79 kq

1/2 final. Axmed Qazimaqomedov (Rusiya) - Cəbrayıl Həsənov

1/4 final. - Varuzhan Kajoyan (Ermənistan) - Cəbrayıl Həsənov - 1:6

1/8 final. Cəbrayıl Həsənov - Rüstəm Dudayev (Ukrayna) - 8:3

97 kq

1/2 final. Nurmaqomed Hacıyev - Aliaksandr Huştin (Belarus) 

1/4 final. Nurmaqomed Hacıyev - Georgi Ketoyev (Ermənistan) 3:0

44 - Tezliklə