Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək
Fərdi
- 22 dekabr, 2021
- 06:56
2022-ci ildə paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.
Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK) "Report"a verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.
Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.
Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.
Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.
Son xəbərlər
16:33
İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib
Hadisə16:26
Hövsanın su təchizatında fasilə yaranıb
İnfrastruktur16:22
"Rosatom" rusiyalı mütəxəssisləri İrandakı "Buşehr" AES-ə qaytarır
Region16:22
Xətai rayonunda yanğın olub
Hadisə16:15
İranda qəhvəxanaya silahlı hücum olub, ölənlər var
Region15:53
Pakistanda 15 yaraqlı zərərsizləşdirilib
Digər ölkələr15:32
"Kalyari" Daniel Maldinini icarəyə götürüb
Futbol15:31
"Reuters": Tayvan 2027-ci ildə müdafiə xərclərini 16 % artıra bilər
Digər ölkələr15:14